İranlı deputat: “Səsləndirlən şüarlar göstərir ki, hakimiyyət, Musəvi və Kərrubinin həbs məsələsini həll etməlidir"

İranlı deputat: “Səsləndirlən şüarlar göstərir ki, hakimiyyət, Musəvi və Kərrubinin həbs məsələsini həll etməlidir

GünAzTV: İran parlamentinin deputatı Əli Mütəhhəri, yanvarın 11-də öz “Twitter” səhifəsində qısa bir yazı paylaşaraq Rəfsəncani ilə vida mərasimində vətəndaşlar tərəfindən səsləndirilən şüarlara münasibət bildirib.

 

Müttəhəri bildirib ki, küçələrdə insanlar tərəfindən səsləndirlən şüarlar, Musəvi ilə xanımının və Mehdi Kərrubinin həbsinə son qoyulmasının vaxtının çatdığından xəbər verir: “Rəfsəncani ilə vida mərasimində səsləndirilən şüarlar onu göstərir ki, hakimiyyət rəsmiləri 2009-cu ildəki etirazçıların rəhbərləri sayılan bu şəxslərin həbs məsələsini tez bir zamanda həll etməli və bu problemi aradan qaldırmalıdır”.

 

Mirhüseyn Musəvi və xanımı, eləcə də Mehdi Kərrubi 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan az sonra tutulub. Onlar həmin vaxtdan ev dustaqlığında saxlanılır.

 

Yanvarın 10-u Tehranda Haşimi Rəfsəncani ilə vida mərasiminə 3 milyona yaxın insan qatılıb. Mərasimə qatılanların çoxunu isə İrandakı “yaşıl hərəkat” tərəfdarları təşkil edib. Onlar, küçələrdə Mirhüseyn Musəviyə, Mehdi Kərrubiyə və keçmiş prezident Məhəmməd Xatəmiyə dəstək şüarları səsləndiriblər.  

 

Bildirilir ki, vida mərasimini canlı yayan İran dövlət televiziyası, insanların küçələrdə səsləndirdiyi “Bizim sözümüz aydındır, Musəvinin həbsinə son qoyulmalıdır”, Ya Hüseyn, Mirhüseyn”, Dövlət redio-televiziyası bizim üçün bir ləkədir”, Haşiminin nəsihəti budur: Xatəmiyə dəstək verin”, “Musəvi, Kərrubi, başın sağ olsun”, “Mikrofon sənin olsun, haqq səsi də bizim”, “Haşimiyə, Xatəmiyə salam olsun”, “Xatəmi, yerin məlumdur” şüarlarını açıq aşkar senzura edib.

 

Yanvarın 10-da Tehran Universitetində Rəfsəncani ilə vida mərasimi keçirilib və Xamneyinin başçılığı ilə onun tabutu qarşısında cənazə namazı qılınıb. Rəfsəncani, həmin gün Tehanın “Behişti Zəhra” qəbiristanlığında Xomeyni hərəminə aparılıb və onun məzarı yanında dəfn edilib. Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncani yanvarın 8-də Tehranın “Şühədai Təcriş” xəstəxanasında ürək çatışmamazlığından 82 yaşında vəfat edib.

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN