İranlı deputat: “Təyyarənin qara qutuları ölkədə qalacaq. Bu bizim siyasətimizdir”

İranlı deputat: “Təyyarənin qara qutuları ölkədə qalacaq. Bu bizim siyasətimizdir”

GünazTV: İran parlamentinin deputatı Fərəcullah Rəcəbi yanvarın 26-da jurnalistlərə açıqlamasında üç həftə əvvəl qəzaya uğramış Ukraynanın sərnişin təyyarəsinin qara qutularının taleyindən danışıb.

 

O deyib ki, İran hökuməti təyyarənin qara qutularını hər hansı bir ölkəyə təhvil verməyəcək: “Hesab edirik ki, təyyarənin qara qutuları ölkədə qalmalı, burada onun səs yazıları oxunmalıdır. İranın Yol və Şəhərsaldırma Nazirliyi qara qutuları araşdırmaq niyyətindədir. Məhz buna görə də hesab edirik ki, qara qutular ölkədə qalmalıdır. Bu isə bizim siyasətimizə uyğun addımdır” – deyə, İran parlamentinin deputatı Fərəcullah Rəcəbi əlavə edib.

 

Qeyd edək ki, bu günə qədər Kanada, Fransa, Ukrayna və Boeing şirkəti dəfələrlə rəsmi Tehrandan təyyarənin qara qutularının təhvil verilməsini tələb etsələr də, İran rejimi bütün bu tələbləri rədd edib. İranın qara qutuları təhvil verməkdən boyun qaçırması isə, cəmiyyətdə və beynəlxalq ictimaiyyətdə islam respublikası rejiminə qarşı şübhələrin artmasına səbəb olmaqla yanaşı, rəsmi Tehranın təyyarə qəzasının əsl səbəbi ilə bağlı bəzi həqiqətləri gizlətməyə cəhd göstərməsi kimi bir fikir formalaşdırıb.

 

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah”ın atdığı 2 raketlə vurularaq yerə salınıb. Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti üzvləri ilə birlikdə 176 nəfər həyatını itirib. Təyyarədə ölənlərin 147 nəfəri İran vətəndaşları olub. Onlardan isə 63-ü həm İran, həm də Kanada vətəndaşları olublar. Qurbanlar arasında digər ölkələrin də vətəndaşları var. Bildirilir ki, hadisədə həyatını itirənlərin 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya gedəcəklərmiş.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN