İranlı deputat: “Türkiyə, Arakan müsəlmanlarının durumu ilə bağlı bizdən daha yaxşı davrandı”

2017-09-09 09:40

GünAzTV: İran parlamenti sədrinin müavini Əli Mütəhhəri sentyabrın 8-də “İsna” xəbər agentliyinə açıqlamasında Myanmarda müsəlmanlara qarşı edilən zorakılıqlardan danışaraq İran İslam Respublikasının Arakan müsəlmanlarının taleyinə biganə qalmamasından gileylənib.

 

Mütəhhəri deyib ki, Myanmardakı Rohingya müsəlmanlarına edilən zorakılıqların qarşısını yalnız hərbi yolla almaq mümkündür: “Bu gün Myanmar müsəlmanları dünyanın ən məzlum adamları sayılır. Lakin təəssüflər olsun ki, islam dünyasının onların acınacaqlı durumuna reaksiyası çox zəif olub. Bu barədə yalnız bir neçə etiraz aksiyası keçirilib. İslam Əməkdaşlıq Təşkilatının bununla bağlı hər hansı bir iclas çağırmasından söhbət belə getmir. Görəsən biz müsəlmanlar niyə NATO-ya bənzər ortaq bir hərbi ittifaq yaratmırıq ki, bu kimi hallarda meydana çıxıb müsəlmanlara yardım etsin. Hesab edirik ki, Myanmar hökumətinin müsəlmanlara qarşı törətdiyi cinayətlərini yalnız hərbi güclə dayandırmaq olar.

 

Düşünürəm ki, Myanmarda baş verənlərlə bağlı İrandan daha çox şeylər gözlənilir. Lakin təəssüflər olsun ki, biz islamın özündən çox şiəyə önəm və fikir veririk. Halbuki islam dini həm şiələri, həm də sünniləri əhatə edir. Etiraf edək ki, Türkiyə, Arakan müsəlmanlarının durumu ilə bağlı bizdən daha yaxşı davrandı. Rəsmi Ankara Bangladeşə dedi ki, Myanmardan qovulan müsəlmanların üzünə sərhədlərini aç və onları qəbul elə, xərcini biz ödəyəcəyik.

 

Belə çıxır ki, biz islam həmrəyliyinin anlamını olduğu kimi qanmamışıq. Çünki islam peyğəmbəri buyurur: “Hər kəs, zülmə və ədalətsizliyə məruz qoyulan bir müsəlmanın yardım istəyən səsini eşidib onun köməyinə getməsə, o şəxs müsəlman deyil”. Belə görünür ki, avropalılarla amerikalılar islam peyğəmbərinin bu əmrinə biz müsəlmanlardan daha yaxşı əməl edirlər”.

 

 

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23

gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21