İranlı general: “Amerika regiondakı əsgərlərinin həyatını qorumaq üçün daha məsuliyyətli davranmalıdır”

İranlı general: “Amerika regiondakı əsgərlərinin həyatını qorumaq üçün daha məsuliyyətli davranmalıdır”

GünazTV: İran silahlı qüvvələrinin hərbi əməliyyatlarına nəzarət edən, əməliyyatları planlaşdıraraq onu koordinasiya edən Mərkəzi “Xatəm ül Ənbiya” qərargahının komandanı Qulaməli Rəşid Amerikanı “səhv addımlardan” çəkinməyə çağırıb.

 

İyunun 23-də “Sepah”ın hava-kosmik qüvvələrinin raket sistemləri mərkəzinə baxışı zamanı jurnalistlərə açıqlama verən Qulaməli Rəşid deyib ki, İran strateji bir qarşıdurma şəraitində Amerika, İsrail və Səudiyyə Ərəbistanı koalisiyası ilə üz-üzə dayanıb: “Amerika səhv addımlarından çəkinərək, regiondakı əsgərlərinin həyatını qorumaq üçün daha məsuliyyətli davranmalıdır.

 

Hesab edirik ki, sözlə və bəyanatlar səsləndirməklə müharibənin qarşısını almaq olmaz. Bunun üçün sadəcə olaraq iradə və düzgün rəftar olmalıdır” –deyə Qulaməli Rəşid vurğulayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN