İranlı imam camaat La-Manş boğazından qaçqınların keçidini təşkil etdiyi üçün həbs edilib

İranlı imam camaat La-Manş boğazından qaçqınların keçidini təşkil etdiyi üçün həbs edilib

GünAz TV: Normandiyada yaşayan iranlı imam qaçqınların Fransadan La-Manş boğazı vasitəsilə Britaniyaya keçidini təşkil etdiyi üçün 2 il həbs cəzasına məhkum edilib.

 

Özü də İran əsilli qaçqın olan adının açıqlanmadığı bu 39 yaşlı imama Bulon-Sür-Mer şəhərində keçirilmiş məhkəmə iclası zamanı hökm oxunub. O, qanunsuz olaraq yelkənli qayıqlar alıb, qaçqınlara satdığı, daha sonra onların La-Manş boğazından istifadə etməklə, Britaniyaya keçidini təşkil etdiyi üçün həbs cəzasına məhkum edilib. İran əsilli imam camaat bu yolla minlərlə avro qazanc əldə edib.

 

İranlı imamla birlikdə ona bu işdə kömək etmiş 29 yaşlı Seneqal vətəndaşına da 9 ay həbs cəzası verilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN