İranlı istefa verən TV aparıcısı: “Xalqa 13 il yalan danışdığıma görə üzr istəyirəm”

İranlı istefa verən TV aparıcısı: “Xalqa 13 il yalan danışdığıma görə üzr istəyirəm”

GünAz TV: Son günlər ərzində “Sepah” tərəfindən sərnişin təyyarəsinin raketlə vurulmasına etiraz olaraq İran Dövlət Teleradio Şirkətinin 3 aparıcısı işlərindən ayrıldıqlarını bəyan ediblər.

 

Onlardan biri- Gülarə Cabbari kanalı tərk edən sonuncu aparıcıdır. O, İnstagram səhifəsində yazdığı statusda artıq tutduğu işdən istefa verdiyi elan edib.

 

“İnsanlarımızın öldürülməsinə inanmağım mənim üçün çox çətin idi. Bunu gec öyrəndiyim üçün məni bağışlayın. Və sizə 13 il yalan danışdığıma görə məni bağışlayın”,- deyə xanım Cabbari qeyd edib.

 

Gülarə Cabbaridən öncə işlərini tərk edən digər 2 aparıcı- Zəhra Xatəmi və Səba Rad da xalqdan üzr istəyərək, artıq Dövlət Teleradio Şirkəti ilə əməkdaşlıqlarını dayandırdıqlarını bildirmişdilər.

 

Jurnalistlərin istefasına səbəb İran hökumətinin ilk günlərdə “Sepah”ın Hava Qüvvələri tərəfindən Ukrayna hava yollarına məxsus Boeing markalı sərnişin təyyarəsinin vurulmasını inkar etməsidir. Aparıcılar həmin günlər ərzində hökumətin təqdim etdiyi yalan məlumatları yaymaqla, bilməyərəkdən xalqı aldatdıqlarını deyirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN