İranlı millət vəkili: “Bəzi şəxslər 4 milyard tümənə qədər rüşvət alaraq insanların namizədləyini Nəzarət Şurasında təsdiqlədirlər”

İranlı millət vəkili: “Bəzi şəxslər 4 milyard tümənə qədər rüşvət alaraq insanların namizədləyini Nəzarət Şurasında təsdiqlədirlər”

GünAz TV: İran Milli Məclisinin deputatı Mahmud Sadiqi ölkədə keçiriləcək Parlament seçkiləri ərəfəsi geniş korrupsiya faktlarının mövcud olduğunu deyib.

 

Onun sözlərinə görə, bəzi şəxslər namizədliyini irəli sürmüş insanlardan rüşvət alaraq onların namizədliklərinin Nəzarət Şurasında təsdiqlənməsini təmin edirlər. Deputat alınan rüşvətin məbləğinin bəzi hallarda 4 milyard tümənə qədər olduğunu deyib. Lakin o, dəllallıq edən şəxslərin kimlər olduğunu açıqlamayıb.

 

Bundan öncə də Mahmud Sadiqi oxşar fikirlər dilə gətirmişdi. Buna görə də, Nəzarət Şurası onu məhkəməyə vermişdi.

 

Digər tərəfdən, “Etemad” qəzeti də vəkil və gələn ay keçiriləcək Milli Məclis seçkilərinin namizədi Məhəmməd Tahir Kənaninin bəzi şəxslərin ondan namizədliyinin sözügedən şurada təsdiqlənməsi üçün 600 milyon tümən rüşvət tələb etdiyi barədə məlumat yayıb. Kənani də həmin şəxslərin kimliyini açıqlamayıb və qeyd edib ki, onlar Nəzarət Şurasında yaxın əlaqələrinin olduğunu bildiriblər.

 

Qeyd etmək lazımdır ki, Nəzarət Şurasına bağlı heyətlər hər dəfə Parlament seçkilərində minlərlə insanın namizədliyini “islamın şərtləri və vilayəti-fəqihə tabe olmama” bəhanəsi ilə təsdiqləmirlər. Bundan öncəki Parlament seçkilərində də 12 minə yaxın insandan təqribən 1/3-nin namizədliyi təsdiqlənmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN