İranlı millət vəkilindən dəhşətli statistika: “Ölkədə 2 milyon 500 min nəfərdən çox narkoman var”

İranlı millət vəkilindən dəhşətli statistika: “Ölkədə 2 milyon 500 min nəfərdən çox narkoman var”

GünAz TV: İran Milli Məclisinin “Konstitusiyanın 90-cı Maddəsi Komissiyasının” sədri Davud Məhəmmədi ölkədə narkomanların statistikası ilə bağlı dəhşətli rəqəmləri açıqlayıb.

 

İyunun 27-də Qəzvin vilayətində narkomaniya ilə mübarizə toplantısında çıxış edən millət vəkili bildirib ki, hazırda İranda 2 milyon 500 min nəfərdən çox narkoman var.

 

O, ölkədə narkotik aludəçiliyinin bu qədər yüksək olmasının səbəbini Əfqanıstanla həmsərhəd olmağa bağlayıb, hansı ki, bunun səbəblərindən başlıcası İranda mövcud olan böyük sosial-iqtisadi problemlərdir. Davud Məhəmmədi həmçinin İran inqilabından sonra ötən 40 il ərzində narkotik vasitələrə qarşı aparılan mübarizənin effektiv olmadığını, daha sərt tədbirlər həyata keçirilməsinin zəruri olduğunu bildirib.

 

Qeyd etmək lazımdır ki, İran Rifah Təşkilatının yaydığı rəsmi statistikada ölkədə narkomanların sayının 2 milyon 800 min nəfər olduğu deyilir.

 

Təşkilat həmçinin ölkədə qadın narkomanların sayının ötən dekadalara nisbətən sürətlə artmasını həyacan təbili adlandırıb. Belə ki, hazırda ölkədə olan narkomanların təqribən 10%-ə qədərini qadınlar təşkil edir.

 

Statistikada həmçinin narkotik aludəçiliyinin uşaqlar arasında da geniş yayıldığı, narkomanlıq yaşının 15-ə endiyi də vurğulanır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN