İranlı millət vəkilindən gülünc bəyanat: “Apple şirkətinə sanksiya qəbul etməklə, Amerika iqtisadiyyatına zərər vura bilərik”

İranlı millət vəkilindən gülünc bəyanat: “Apple şirkətinə sanksiya qəbul etməklə, Amerika iqtisadiyyatına zərər vura bilərik”

GünAz TV: İran Milli Məclisinin Vilayət Fraksiyasının üzvü, mühafizəkar millət vəkili Həsən Novruzi ölkəsinin “Apple” brendinin məhsullarına qarşı sanksiya tətbiq etməklə, Amerika iqtisadiyyatına “zərər vura biləcəyini” deyib.

 

Onun sözlərinə görə, İranın Asiyanın Qərbindəki “dostları” ilə birlikdə bu istiqamətdə eyni addımları qəbul edərək, ildə Amerika iqtisadiyyatına 10 milyard dollar “zərər vurmaq mümkündür”.

 

Həsən Novruzi həmçinin bildirib ki, “Apple” şirkəti  İranda hər il 1 milyard dollar dəyərində məhsulu satır. İran sanksiyalar qəbul etməklə, şirkəti bu gəlirdən məhrum edə bilər.

 

“Biz Asiyanın Qərbindəki müştərək mənafelərimiz olan qüvvələri də bu məsələyə inandıra bilsək, onlar da “Apple” şirkətinin məhsullarına sanksiya qoyarlar. Bundan əlavə, bizim qonşu ölkələrdəki və Qərbi Asiyadakı dostlarımız “Apple” məhsullarından başqa sistemlərə qarşı da sanksiya tətbiq etməyə yönəlsələr, məncə, Amerika iqtisadiyyatına illik 10 milyard dollar dəyərində zərbə vura bilərik”- deyə iranlı fundamental millət vəkili əlavə edib.

 

Həsən Novruzi “Apple” məhsullarının İranda satış miqdarının hansı  statistikaya əsasən dediyini və İranın Qərbi Asiyada olan “dostlar”ının kimlərdən ibarət olduğunu açıqlamayıb.

 

İranlı millət vəkili öz həmkarları ilə “Apple” brendinə qarşı sanksiyalar tətbiq etməyi müzakirə etdiklərini bildirsə də, “Sony” sanksiyalar səbəbindən artıq İran bazarını tərk edib, “Huawei” isə tərk etmək üzrədir. “Samsung” hələ ki, bazarda qalsa da, amma şirkətin əksər məhsullarını iranlı müştərilərə satmadığı barədə məlumatlar var.

 

Digər tərəfdən, iranlı millət vəkilinin gülünc bəyanatları hətta reallaşsa belə, bu kiçik məbləğlərin nə “Apple” şirkəti, nə də Amerika iqtisadiyyatına təsir etmək gücü yoxdur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN