İranlı müğənnidən Əli Mütəhhəriyə: “Sən də mənim mahnıma rəqs edəcəksən”- FOTO

İranlı müğənnidən Əli Mütəhhəriyə: “Sən də mənim mahnıma rəqs edəcəksən”- FOTO

GünAz TV: Daha çox Sasy Mankan kimi tanınan iranlı müğənni və reper Sasan Heydəri İran Milli Məclisinin spiker müavini Əli Mütəhhərinin onun “Centlemen” adlı mahnısı barədə yazdıqlarına “İnstagram”da cavab verib.

 

 

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə İranda müəllimlər günü münasibəti ilə məktəblərin birində keçirilmiş tədbirdə şagirdlərin qeyd edilən mahnının sədaları altında rəqs etdiyi ilə bağlı görüntülər yayılmışdı.

 

Bundan sonra bir çox rəsmilər bu videoya kəskin reaksiya vermişdilər. Əli Mütəhhəri də məsələyə münasibətində məktəb rəhbərliyinin işdən çıxarılmasını və buna görə Təhsil Nazirinin cavab verməsini tələb etmişdi.

 

Sasan Heydəri Mütəhhəriyə yazdığı cavabda ona meydan oxuyub və bildirib ki, “sən özün də bu mahnıya yüksək səslə qulaq as. Onda sən də rəqs edəcəksən, amma oynamaqdan özünü saxlaya bilsən, sən uddun”.

 

Reper həmçinin ölkədə dolların bahalaşması, bahalıq, xalqın vəziyyətinin ağır olması və digər bu kimi böyük problemlərin mövcud olduğu halda, rəsmilərin onun mahnısının sədaları altında oynayan məktəblilərə görə narahat olmasının gülməli olduğunu deyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN