İranlı nazir: “Ölkədə 10 milyon narkoman var”

İranlı nazir: “Ölkədə 10 milyon narkoman var”

GünAzTV: İranın səhiyyə naziri Həsən Qazizadə Haşimi iyulun 31-də jurnalistlərə açıqlamasında ölkədə narkomanların sayının son dərəcə artmasından və cəmiyyəti məhvə sürükləyən narkomaniya problemindən danışıb.

 

Həsən Qazizadə Haşimi bildirib ki, narkomaniyaya qarşı mübarizə qərargahı məsullarının yaydığı statistik rəqəmlərə əsasən ölkədə narkomanların sayı 10 milyonu aşıb: “Ölkədə narkomaniyanın geniş yayılmasının əsas səbəbi, rəsmilərin səriştəsizliyi ilə bağlıdır. Təəssüflər olsun ki, biz narkomaniyanın yayılmasının qarşısını almaqda və onu nəzarətdə saxlamaqda uğur qazana bilməmişik. Rəsmilərimiz isə bununla bağlı öz üzərinə heç bir öhdəlik götürməyiblər.

 

Biz narkomaniyaya qarşı mübarizə aparmaq üçün çox danışsaq da, əməldə heç bir iş görməmişik. Çünki bizim sözümüzlə əməlimiz üst-üstə düşmür. Hesab edirəm ki, daxili işlər naziri və digər rəsmilər ölkədə narkomanların sayı ilə bağlı konkret statistik rəqəmlər verməli, cəmiyyəti bu barədə maarifləndirməlidirlər. Lakin yazıqlar olsun ki, məsullarımızda belə bir siyasi iradə və öhdəlik yoxdur və biz yalnız danışmağı bacarır, dediklərimiz isə əməlimizin əksinədir”.

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN