İranlı professor Həmidrza Əzizidən etiraf: "İranın Cənubi Qafqaz siyasəti və Ermənistanla münasibətləri onu göstərir ki, İranın region siyasətində din və şiə amili mühüm deyil, praqmatizm məsələsi daha öndədir"

İranlı professor Həmidrza Əzizidən etiraf:

GünAz TV: Güney Azərbaycan televiziyasının etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, iranlı professor, Şəhid Beheşti Universitetinin müəllimi Həmidrza Əzizi mayın 13-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilmiş Cənubi Qafqazda Təhlükəsizlik adlı forumda ölkəsinin Ermənistan və Azərbaycan Respublikası ilə bağlı yürütdüyü qərəzli siyasəti bilməyərəkdən etiraf edib.

 

İran ətrafında son proseslərin Cənubi Qafqaza təsirinə həsr edilmiş paneldə çıxış edən Əzizi deyib ki, : "İranın Cənubi Qafqaz siyasəti və Ermənistanla münasibətləri onu göstərir ki, İranın region siyasətində din və şiə amili mühüm deyil, praqmatizm məsələsi daha öndədir".

 

Mənbələrin verdiyi məlumata əsasən, konfrans salonunda əyləşən İranın Gürcüstandakı səfirliyinin əməkdaşları onun istəməyərəkdən etiraf etdiyi bu həqiqəti hiddətlə qarşılasalar da, tədbirin qaydalarına uyğun olaraq, çıxışa müdaxilə edə bilməyiblər.

 

Qeyd etmək lazımdır ki, hər zaman müsəlman və şiə məsələsini önə çəkən İran Cənubi Qafqazda daim Ermənistana kömək edir. Azərbaycan Respublikasının, eləcə də Dağlıq Qarabağın əhalisi müsəlmanlardan ibarət olsa da, İran bu münaqişədə daim Ermənistana dəstək göstərib. Bundan əlavə, işğalçı ölkənin bu günə qədər ayaqda qala bilməsinin yeganə səbəbi İranın onunla bağladığı iqtisadi müqavilələr və göstərdiyi dəstəklərdir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN