İranlı siyasi fəal Murtuza Əmiri İsfahanda həbs edilib

İranlı siyasi fəal Murtuza Əmiri İsfahanda həbs edilib

GünAz TV: İran təhlükəsizlik qüvvələri isfahanlı siyasi fəal Murtuza Əmirini həbs ediblər.

 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, o, öz yaşadığı evdə tutulub. Əmirinin bir neçə gün öncə “dini lider” Əli Xamneyiyə tənqidamiz məktub ünvanladığı deyilir.

 

Hələ ki, onun hansı ittihamlar əsasında saxlandığı məlum deyil. Yerli hüquq mühafizə orqanları da Əmirinin saxlanması ilə bağlı heç bir açıqlama verməyiblər.

 

İran-İraq müharibəsi veteranı, 2009-cu ildə vəfat etmiş İran rejiminə müxalif ayətullah Hüseynəli Müntəzirinin ardıcıllarından  (canbaz-red.) olan Murtuza Əmiri təqaüdə çıxmış elm işçisidir. O, bundan öncə də dəfələrlə siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN