İraq göstəriş verdi- İrana bağlı “Həşdəş-Şəbi”nin bütün qərargahları bağlansın

İraq göstəriş verdi- İrana bağlı “Həşdəş-Şəbi”nin bütün qərargahları bağlansın

GünAz TV: İraqın Baş Naziri Adil Əbdülmehdi İrana bağlı “Həşdəş-Şəbi” yaraqlı qruplaşması da daxil olmaqla, bütün növ silahlı birləşmələrlə bağlı fərman imzalayıb.

 

Fərmana əsasən, ölkə şəhərlərinin daxilində və xaricində yerləşən bütün silahlı qruplaşmalara məxsus qərargahlar ləğv edilməli və bu qruplaşmalar İraq Silahlı Qüvvələri ilə birləşməlidirlər.

 

Baş Nazir öz fərmanında həmçinin silahlı qruplaşmaların siyasi fəaliyyət göstərmək icazəsi olmadığını bildirərək, onlardan bütün siyasi cinahlarla əlaqələrini kəsmələrini tələb edib.

 

Adil Əbdülmehdinin imzaladığı bu fərmanda nəzərdə tutulan bütün müddəalar iyulun 31-nə qədər silahlı qruplaşmalar tərəfindən icra edilməlidir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN