İraq İrandan avtomobil idxalını dayandırıb

İraq İrandan avtomobil idxalını dayandırıb

GünAzTV: İraq hökumətinin avtomobil idxalatı sahəsində fəaliyyət göstərən ən mühüm şirkətlərindən birinin yüksək rütbəli bir rəsmisi İrandan avtomobil idxalını dayandırdıqlarından xəbər verib.

 

Adının çəkilməsini istəməyən şirkət rəsmisi avqustun 10-da Fransa agentliyinə açıqlamasında bildirib ki, İrandan avtomobil idxalının dayandırılması, Amerikanın İrana qarşı tətbiqinə başladığı sanksiyalar və Vaşinqtonun İranla əməkdaşlıq edən xarici şirkətlərə xəbərdarlığı ilə əlaqədardır: “Biz Vaşinqtonun sanksiyalarından ehtiyatlanaraq İrandan avtomobil idxalını artıq dayandırmışıq”.

 

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi avqustun 8-də jurnalistlərə açıqlamasında İrana qarşı tətbiq edilən sanksiyalara tabe olacaqlarını bildirmişdi: “Biz İrana qarşı sanksiyalara qarşı olmağımıza baxmayaraq ona tabe olacağıq. Biz, hazırkı şəraitdə öz milli maraqlarımızdan çıxış edəcəyik. Çünki biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik.

 

 

Xatırladaq ki, avqustun 6-da Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN