İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma olub

İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma olub

GünAz TV: Ərbil şəhərində, İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma baş verib.

 

APA-nın  məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

 

Məlumata görə, Məsud Barzaninin tərəfdarları parlamentə hücum edib. Muxtariyyətin güc strukturları hücumun qarşısını alıb.

 

RİA Novosti agentliyinin xəbərinə görə, İraq Kürdüstanı parlamentinin mətbuat katibi yayılan məlumatın şaiyə olduğunu bildirib.

 

Qeyd edək ki, bazar günü İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Barzani istefa verib. M. Barzaninin istefa barədə məktubu muxtariyyət parlamentinin qapalı toplantısında oxunub. M. Barzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN