İraq Kürdüstanının İrandakı nümayəndəsi: "Biz Türkiyə məhsullarını boykot edə bilmərik"

İraq Kürdüstanının İrandakı nümayəndəsi:

GünAz TV: İraq Kürdüstanı Muxtariyyətinin İrandakı nümayəndəsi Nazim Dabbağ kürd terror təşkilatlarının dəstəkçilərinin sosial şəbəkələrdə insanları Türkiyə mallarını boykot etməyə çağırmalarına münasibət bildirib.


O, İraqın Kürdüstan Muxtariyyətinin belə potensialının olmadığını etiraf edib. Nüməyəndə sosial şəbəkələrdə bu askiyanı başladanların addımını doğru hesab etmədiyini, bu cür ciddi məsələyə hisslərə qapılıb, şuar səsləndirməklə, yanaşa bilməyəcəklərini deyib.

 

"İranla ticarə əlaqələr saxlamaq istiqamətində meydana çıxmış bank və maliyyə problemləri səbəbindən İraq Kürdüstan Muxtariyyətini zəruri əmtəə və qida məhsulları ilə təmin edən başlıca ölkə Türkiyədir. Elektrik vasitələri və tikinti materiallarından tutmuş, qida və gündəlik təlabat mallarına qədər Türkiyədən idxal edirik. Muxtariyyətdə fəaliyyət göstərən xarici şirkət və şəxslərin əksəriyyəti Türkiyədəndir. Hazırda İraq Kürdüstanı Muxtariyyətində həmin Türkiyə vətəndaşlarının təhlükəsizliyi təmin olunur və onların həyatı üçün heç bir təhlükə yoxdur",- deyə Nazim Dabbağ əlavə edib.


Nümayəndə təmsil etdiyi Muxtariyyətin Türkiyənin Suriyanın şimalında başlatdığı anti-terror əməliyyatıyla bağlı yeganə və əsas narahatlığının DAİŞ terror qruplaşmasının yaranmış vəziyyətdən istifadə edərək, yenidən bölgəyə hücum etmə ehtimalının olduğunu bəyan edib. O, digər naratlığın isə qaçqınlarına artması olduğunu deyib.


Qeyd etmək lazımdır ki, Türkiyə ordusunun Suriyanın şimalında kürd terror təşkilatlarına qarşı başlatdığı hərbi əməliyyatları bir çox media orqanları, eləcə də İranın daxilində və xaricində fəaliyyət göstərən paniranist xəbər saytları "kürd xalqına qarşı hücum" kimi qələmə verməyə çalışırlar. Lakin İraq Kürdüstanı Muxtariyyətinin İrandakı rəsmi nümayəndəsinin bu sözləri bir daha sübut edir ki, Türkiyə sivil kürd xalqına qarşı deyil, terror qruplaşmalarına qarşı əməliyyat keçirir.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN