İraq ordusu ilə peşmərgə arasında döyüşlər şiddətləndi – SON DƏQİQƏ

İraq ordusu ilə peşmərgə arasında döyüşlər şiddətləndi – SON DƏQİQƏ

GünAz Tv: İraq ordusu ilə peşmərgə gücləri arasında toqquşma şiddətlənib.

 

İraq ordusu Ərbil-Dahok sərhədi arasındakı Ninovaya üç hərbi birlik və döyüş helikopterləri göndərib.

 

Dünın Mahmur, Zammer və Rabia qəsəbələrində baş verən toqquşmada İraq ordusu 60 itki verib. İraq ordusunun hazırki hədəfi Dahok ilə Türkiyə arasındakı Fişhabur sərhəd qapısını ələ keçirməkdir.

 

İraq ordusunun rəsmilərindən biri perşmərgənin son hücumda Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının (ABŞ) İŞİD-ə qarşı döyüşmək üçün verdiyi raketlərdən istifadə etdiyini bildirib.

 

İraq ordusunun 16-cı bölük komandiri Albay Macit Hüseyn peşmərgənin ağır itkilər verdiyini açıqlayıb.

 

İraqlı komandir hədəflərinə çatmaq üçün lazım olarsa hava hücumları da edəcəklərini deyib. Publika.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN