İraq Türkiyə və İranı kürd muxtariyyəti ilə sərhədi bağlamağa çağırdı

İraq Türkiyə və İranı kürd muxtariyyəti ilə sərhədi bağlamağa çağırdı

GünAz TV: İraq Xarici İşlər Nazirliyi Türkiyə və İranı ölkənin şimalındakı kürd muxtariyyəti ilə sərhəddə buraxılış-keçid məntəqələrini bağlamağa çağırıb.

 

Trend-in məlumatına görə, İraq Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı bu ölkələrə rəsmi müraciət göndərib.

 

İraq hökuməti həmçinin bu bölgə ilə neft ticarəti əməliyyatlarını və tədarükü məhdudlaşdırmağa çağırıb.

 

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürdistanında sözdə müstəqillik haqqında referendum keçirilib. Türkiyə, İran, İraq və dünyanın əksər ölkələri referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını dəfələrlə vurğulayıblar. Referendum İraqın Kərkük kimi türk şəhərlərini də əhatə edir. Şimali İraq Kürd Bölgəsəl Yönətiminin lideri Məsud Barzaninin əmri ilə keçirilən referenduma bölgənin türkmən əhalisi kəskin etiraz edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN