İraqda baş verən iki intihar hücumunda ölənlərdən 8-i İran vətəndaşlarıdır

İraqda baş verən iki intihar hücumunda ölənlərdən 8-i İran vətəndaşlarıdır

GünAzTV: İraqın Ziqar əyalətində baş verən iki intihar hücumunda ölənlərdən 8-i İran vətəndaşlarıdır.

 

Hadisə, sentyabrın 14-ü günorta saatlarında İraqın cənubunda yerləşən Ziqar əyalətinin Nasiriyyə şəhərinin yaxınlığında baş verib. İraq təhlükəsizlik qüvvələrinin formasını girən intiharçılar, yolüstü Fədək” restoranına daxil olaraq müştərilərə odlu silahlardan atəş açıblar. Bunun ardınca restoranın yaxınlığında yerləşən polis yoxlama məntəqəsinə də hücum olub. Hücumçular, bomba dolu bir avtomobili polis yoxlma məntəqəsində partladıblar. Hər iki hücumda ən azı 74 insan həlak olub, 96 nəfər xəsarət alıb.

 

İranın Həcc və Ziyarət Təşkilatının bildirdiyinə görə, hər iki intihar hücumunda ölənlərdən 8-i İran vətəndaşıdır. Yaralılar arasında həmçinin ən azı 4 iranlı zəvvarın olduğu da vurğulanır. Bildirilir ki, hadisə, iranlı zəvvarlar Kərbəla ziyarətindən qayıdarkən baş verib.

 

İŞİD terror qruplaşması bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN