İraqda daha 1 “Sepah” komandiri öldürülüb

İraqda daha 1 “Sepah” komandiri öldürülüb

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 komandiri, Şəban Nəsiri İraqda gedən döyüşlərdə həlak olub.

 

“Sepah”ın köhnə komandirlərindən olan Şəban Nəsiri, mayın 26-sı axşam saatlarında İraqın Mosul şəhəri ətrafında gedən döyüşlərdə həlak olub. 8 illik İran-İraq müharibəsi iştirakçılardan olduğu vurğulanan və Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə dəfə Suriya savaşında iştirak etdiyi bildirilən “Sepah”çının cənazəsinin ölkəyə gətirilib-gətirilmədiyi haqda məlumat yayılmayıb.

 

İranın Mazandaran əyalətindən olan Şəban Nəsirinin konkret fəaliyyəti və onun İraqa nə zaman göndərildiyi mediaya açıqlanmayıb.

 

Qeyd edək ki, son illər “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının onlarla komandiri İraqda və Suriyada gedən qarşıdurmalarda həlak olub.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN