İraqda etirazçılar Xomeyni, Əli Xamneyi və Qasım Süleymaninin şəkil və bannerlərini cırıb yandırıblar - 2 VİDEO

İraqda etirazçılar Xomeyni, Əli Xamneyi və Qasım Süleymaninin şəkil və bannerlərini cırıb yandırıblar - 2 VİDEO

GünazTV: Son günlər paytaxt Bağdadda və İraqın digər şəhərlərinə hökumətə qarşı keçirilən kütləvi etirazlarda, iraqlılar İran İslam Respublikasının qurucusu axund Ruhullah Xomeyninin, indiki “dini lider” axund Əli Xamneyinin və tanınmış terrorçu Qasım Süleymaninin şəkil və bannerlərini cırıb yandırıblar.

 

İran rejiminin İraqın daxili işlərinə müdaxiləsindən və bu ölkədə terrorçu qruplaşmalara açıq-aşkar dəstəyindən boğaza yığılan etirazçılar, İrana qarşı şüarlar səsləndirərək, Ruhullah Xomeyninin, Əli Xamneyinin və üç həftə əvvəl amerikalılar tərəfindən öldürülən “Qüds” briqadasının komandanı Qasım Süleymaninin bütün şəkil və bannerlərini cırıb atıblar.

 

İraq mənbələrinin yaydığı xəbərə əsasən, etirazçılar həmçinin İraqda və regionun digər ölkələrində radikal şiəçiliyi yaymaqla terrorçu fəaliyyətlərə rəvac verən İran rəhbərlərinin şəkillərini ayaq altında tapdaladıqdan sonra yandıraraq, İran rejiminin İraqın daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər.

 

Etirazlarda onlarla aksiyaçının həbs edilərək, İraq hökumətinin məmurlarının zorakılığına məruz qaldığı, naməlum istiqamətə aparıldığı bildirilir.

 

 

Xatırladaq ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumunda məhv edilib. Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

VİDEOLAR:

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN