İraqda İranın dəstəklədiyi “Kətəibul-Hizbullah” qərargahına hava zərbələri endirilib

İraqda İranın dəstəklədiyi “Kətəibul-Hizbullah” qərargahına hava zərbələri endirilib

GünAz TV: Ötən gecə İranın dəstəklədiyi “Kətəibul-Hizbullah” yaraqlılarının bu ölkənin Suriya ilə həmsərhəd bölgəsi olan Əl-Qaimdə yerləşən qərargahına hava zərbələri endirilib.

 

Hələlik iraqlı rəsmilər məsələ ilə bağlı açıqlama verməyiblər. Lakin yerli media orqanlarında naməlum təyyarələr tərəfindən həyata keçirilən hücum nəticəsində “Kətəibul-Hizbullah” 1 komandanının öldüyü, bir neçə yaraqlısının isə yaralandığı deyilir.

 

Xatırladaq ki, ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücumdan sonra, 2019-cu ilin dekabr ayının 29-da Amerika Əl-Qaim bölgəsində mənzillənən şiə yaraqlılarına qarşı hava hücumu təşkil etmişdi. Həmin hücumda “Kətəibul-Hizbullah”ın bir neçə komandanı və üzvü həlak olmuşdu.

 

Eləcə də, Suriya və İraqın həmsərhəd bölgələrində qərarlaşan şiə yaraqlılarına qarşı İsrail Hərbi Hava Qüvvələri də bir neçə dəfə hücum həyata keçirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN