İraqda səslərin yenidən hesablanması Müqtəda Əl-Sədrin qalib olduğunu göstərir

2018-08-11 08:53

GünAz TV: May ayında İraqda keçirirlən parlament seçkilərində səslərin yenidən hesablanması millətçi şiə din xadimi Müqtəda əl-Sədrin koalisiyasının qalib olduğunu göstərir.

 

Sədrin qələbəsi onu ölkənin növbəti hökumətinin formalaşmasında əsas rol oynamağa imkan verir. Seçkidən üç ay keçməsinə baxmayaraq, qalib gələn tərəflər hələ də növbəti idarəetmə koalisiyasının formalaşdırılması ilə bağlı danışıqlar aparırlar.

 

Seçkilərin şəffaflığı ilə əlaqədar saxtakarlıq iddiaları gündəmə gəldikdən sonra parlament iyun ayında səsləri yenidən hesablamağa qərar vermişdi.

 

İraqın Seçki Komissiyası bildirir ki, əl sayımının nəticələri ölkənin 18 əyalətinin 13-də əldə olunan ilkin nəticələrlə üst-üstə düşür. Sədrin tərəfdarları əvvəl qazandıqları 54 yeri saxlayıblar.

 

İranın dəstəklədiyi şiə dəstələrinin liderləri ikinci sırada qalıb, lakin ümumi yerlərinin sayını bi yer artıraraq 48 yerə sahib olub. Hazırda baş nazir olan Heydər əl-Abadinin “Qələbə Alyansı” 42 yerlə üçüncü sırada gedir.

 

Yeni hökümət qurulana qədər Abadi zərif hökumətə başçılıq edəcək. Yeni hökumətin tərkibinə dair aylarla sürən qeyri-müəyyənlik aşağı keyfiyyətli dövlət xidmətləri, işsizlik və İslam Dövləti ilə üç illik müharibədən sonra ləng yenidənquruma səyləri ilə bağlı geniş ictimai narazılığa yol açıb. (Amerikanın səsi)

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda dolların məzənnəsi 28 750 tümənə çatıb

2020-09-25

gun az article

Əlirza Təngsiri: "Hazırda xarici ölkələrin 23 gəmisi İranda saxlanılır"

2020-09-25

gun az article

Amerika Nəvid Əfkarini edama məhkum edən məhkəmə hakiminə qarşı sanksiya qoyub

2020-09-25

gun az article

İranda Ukrayna təyyarəsinin vurulmasına etiraz edən tələbə 5 il həbsə məhkum edilib

2020-09-25

gun az article

GünazTV Sep.24.2020: Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi

2020-09-24

gun az article

İranda koronavirusla mübarizəyə ayrılmış pullardan 70%-dən çoxu "yoxa çıxıb"

2020-09-24

gun az article

İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub

2020-09-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 25 000 nəfəri keçib

2020-09-24

gun az article

Səhhəti ağır vəziyyətdə olan Nəsrin Sütudə xəstəxanadan həbsxanaya geri qaytarılıb

2020-09-24

gun az article

Əlirza Zali: “Gələn həftə Tehranda xəstəliklə bağlı vəziyyət çox ağır olacaq”

2020-09-24

gun az article

İranın 3 Avropa ölkəsində olan səfirləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb: Həbslər və siyasi repressiyaya görə

2020-09-24

gun az article

Əlbürz əyalətində daha 12 nəfər koronavirusdan vəfat edib

2020-09-24

gun az article

Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24

gun az article

Tehran-Zəncan şosesində ağır qəza: Yerüstü keçid uçub, ölən və yaralananlar var

2020-09-24

gun az article

İranda dollar uçmaqda davam edir, 1 dollar 28 120 tümən

2020-09-24

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23