İraqın baş naziri Heydər əl-İbadi İranda

İraqın baş naziri Heydər əl-İbadi İranda

GünAz TV: İraqın Baş naziri Heydər əl-İbadi Tehranda səfərdədir.

 

İran mətbuatının yaydığı məlumata görə, onu hava limanında İranın mədən, ticarət və sənaye naziri Məhəmməd Şəriətmədari qarşılayıb.

 

Heydər əl-İbadi İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrin hazırkı durumu və gələcək perspektivləri, İraqın şimalındakı Kürd Muxtar Əyalətində keçirilən “referendum”, İraqdakı son vəziyyət müzakirə olunub.

 

Heydər əl-Abadi rəsmi səfəri çərçivəsində İranın dini  lideri Əli Xamenei ilə də görüşüb. Görüş zamanı bölgədə, xüsusən İraqda cərəyan edən hadisələrin müzakirə edildiyi bildirilir.

 

Qeyd edək ki, Heydər əl-İbadi oktyabrın 25-də Türkiyədə səfərdə olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN