İraqlı etirazçı qadının İranın ölkəsinə müdaxiləsinə qarşı qaldırdığı plakat sosial şəbəkələrdə maraq doğurub

İraqlı etirazçı qadının İranın ölkəsinə müdaxiləsinə qarşı qaldırdığı plakat sosial şəbəkələrdə maraq doğurub

GünAz TV: İraqlı etirazçı qadının keçirilən nümayişlər zamanı İranın bu ölkədəki təsirlərinə qarşı qaldırdığı plakat sosial şəbəkələrdə böyük maraq doğurub.

 

Həmin plakatda iraqlı rəsmilərə xitabən yazılıb: "Biri bizim aramızda təfriqə salır, həm də ki, Tehrandan olan biri."

 

Qadının bu sözlərinin 1981-ci ildən 2000-ci ilə qədər İranda yaşamış, hazırda İraqın Baş naziri və Ali İslami İnqilabi Məclisinin üzvü olan Adil Əbdülmehdiyə işarə etdiyini düşünənlər var. Digər qrup isə qadının bu sözlərlə İrana bağlı "Həşdəş-Şəbi" yaraqlılarının komanlanlarından olan Əbu Mühəndis Mehdi və Hadi Amirini nəzərdə tutduğunu düşünür.

 

Qeyd etmək lazımdır ki, İraqda oktyabr ayının əvvəllərindən hökumət əleyhinə başlamış etirazlar zamanı İranın bu ölkədə fəaliyyətlərinə və təsirlərinə qarşı da şüarlar səsləndirilir.

 

Digər tərəfdən, İranın "dini lider"i Əli Xamneyi ötən gün etdiyi çıxışda İraq və Livanda baş qaldırmış xalq etirazlarını "düşmənin məkrli planı" adlandırıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN