İraqlılar İranın Kərbaladakı konsulluğuna hücum ediblər

İraqlılar İranın Kərbaladakı konsulluğuna hücum ediblər

GünAz TV: İraqın etirazçı əhalisi İranın Kərbalada yerləşən konsulluğunun binasının önündə etiraz aksiyası təşkil ediblər.

 

Sosial şəbəkələrdə yayılan foto və videolarda bir qrup insanın konsulluq binasını daşladığı və yandırmağa cəhd göstərdiyi müşahidə edilir.

 

Konsul Mirməsud Hüseyniyan İran mediasına məsələ ilə bağlı verdiyi açıqlamada İraq təhlükəsizlik qüvvələrinin artıq vəziyyəti nəzarət altına aldığını, hadisə nəticəsində diplomatların zərər görmədiyini deyib.

 

Kərbəlanın polis rəisi də təhlükəsizlik qüvvələrinin vəziyyəti nəzarət altına aldığını və etirazçıların konsulluq binasının ətrafından uzaqlaşdırıldığını deyib.

 

Bir çox mənbənin məlumatına görə, hadisələr zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində İraq bayrağını İran konsulluğunun üzərinə asmaq istəyən 3 etirazçı ölüb. 

 

Qeyd etmək lazımdır ki, İraqda keçirilən aksiyalarda əsas tələblərdən biri də İranın bu ölkəyə müdaxilələrinə son verməkdir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN