İsfahan hotellərinin birində “əxlaqsızlıq yuvası” açmış 40 qadın və kişi həbs edilib

İsfahan hotellərinin birində “əxlaqsızlıq yuvası” açmış 40 qadın və kişi həbs edilib

GünazTV: İranın İsfahan şəhərinin hotellərindən birində “əxlaqsız yuvası açaraq fahişəliyə rəvac verən” 40 qadın və kişi və hotelin sahibi həbs edilib. Bu barədə “Sepah”a bağlı “Fars” agentliyi dekabrın 20-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin dekabrın 19-da keçirdiyi birgə əməliyyatda hotelə toplaşmış 40 qadın və kişi tutularaq polis bölməsinə aparılıb: “Şəhərin zəngin ailələrindən olan həmin qadınlar və kişilər həftədə bir dəfə əxlaqsızlıq yuvasına çevrilmiş hoteldə bir araya gələrək bir-biri ilə görüşür, fahişəliyə rəvac verirdilər” –deyə, məlumatda qeyd olunur.

 

“Sepah”a bağlı “Fars” agentliyi həbs edilən qadın və kişiləri konkret hansı əməllərinə görə əxlaqsızlıqda günahlandırdığını açıqlamayıb. Qeyd edək ki, İran İslam Respublikasında adətən qadın və kişilərin birgə qatıldığı xüsusi qonaqlıqlarda və şənlik mərasimlərində tutulanlar əxlaqsızlıqda və fahişəliyi yaymaqda günahlandırılırlar.

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2290-dan çox qız və oğlan həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN