İsfahan şəhərində daha bir məhbus dara çəkilib

İsfahan şəhərində daha bir məhbus dara çəkilib

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər edam edilib. Hadisə 8 gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 7 il əvvəl 20 yaşındaykən qətl törətdiyi bildirilən Qolpayqan şəhər sakini, müttəhim Vəhid Cahangiri dekabrın 17-si sübh saatlarında İsfahanın mərkəzi zindanında dara çəkilib. Müttəhim, son ana qədər qətl törətdiyini inkar edib günahsız olduğunu iddia etsə də, öldürülən şəxsin valideynləri onu bağışlamaqdan imtina edib və müttəhimə çıxarılan ölüm hökmünün icrasına israr edib. Nəticədə, gənc müttəhimə çıxarılan edam cəzası yerinə yetirilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN