İsfahanda minlərlə əkinçi etiraz yürüşü keçirərək rejimə qarşı şüarlar səsləndiriblər – FOTO və VİDEOLAR

İsfahanda minlərlə əkinçi etiraz yürüşü keçirərək rejimə qarşı şüarlar səsləndiriblər – FOTO və VİDEOLAR

GünAzTV: Yanvarın 2-də İranın İsfahan şəhərinin Xorasqan məntəqəsində əkin yerlərinin suyunun kəsilməsinə etiraz bildirən 3 minə yaxın əkinçi yürüş keçirərək, rejimə və səriştəsiz rəsmilərə qarşı şüarlar səsləndiriblər.

 

Şəhərin “Xacu” körpüsü yaxınlığında toplaşaraq, “Zayəndərud” çayının qurudulmuş suyunun bərpasını və əkin yerlərinin suyunun təmin olunmasını tələb edən dinc etirazçılar, hökumət qüvvələrinin hücumundan sonra yürüşə başlayaraq, rejimə və rəsmilərə qarşı şüarlar səsləndiriblər.

 

“Polis, oğrulara dəstək olma”, “Bu günə qədər heç bir millət bu qədər ədalətsizlik görməyib”, “Yalançı Ruhani, ölüm olsun sənə”, “Bişərəf, bişərəf”, “Binamus, binamus”, “Biz su haqqımızı istəyirik” və digər şüarlar səsləndirən yürüş iştirakçıları bir neçə yerdə polis əməkdaşları ilə qarşı-qarşıya gəliblər. Hökumət qüvvələri etirazçıları dağıtmaq üçün zorkılığa əl ataraq, bir neçə yerdə havaya atəş açıb.

 

Kəndli qadınların da geniş qatıldığı dinc etirazlarda mümkün həbslərin olub-olmadığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 

VIDEOLAR:

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN