İshaq Cahangiri: “Amerikanın ölkəmizə qarşı sanksiyalarının təsiri çox böyük olub”

İshaq Cahangiri: “Amerikanın ölkəmizə qarşı sanksiyalarının təsiri çox böyük olub”

GünAzTV: İranın 1-ci vitse-prezidenti İshaq Cahangiri sentyabrın 11-də jurnalistlərə açıqlamasında Amerikanın İrana qarşı tətbiqinə başladığı sanksiyalardan və ölkəyə hakim ağır iqtisadi durumdan danışıb.

 

Cahangiri bildirib ki, ölkə iqtisadi hazırda çox təhlükəli bir durumdadır: “Vəziyyət çox ağırdır. Lakin çıxılmaz vəziyyətdə deyilik. Sanksiyaların ölkənin iqtisadi durumuna təsiri çox böyük olub. Amerika, ölkəmizə qarşı bir iqtisadi savaş başlatdığını rəsmən elan edib. Bundan başqa, millətə və ictimai rəyə təsir göstərmək üçün siyasi və təbliğat müharibəsini də gücləndiriblər. Biz, ziyan mərhələsində olsaq da, tam böhran içində deyilik.

 

Hesab edirəm ki, hazırkı ağır şəraitdə bütün dövlət qurumları elə bir siyasət yürütməlidirlər ki, xalq minimum təzyiqə məruz qalsın. Biz, indiki durumda öz zəif tərəflərimizlə  nöqsanlarımızı səmimi şəkildə xalqla bir araya qoymalı, vəziyyəti onlara izah etməli və həmin nöqsanları islahı etməliyik”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN