İshaq Cahangiri prezidentliyə namizədliyini Ruhaninin xeyrinə geri götürüb

İshaq Cahangiri prezidentliyə namizədliyini Ruhaninin xeyrinə geri götürüb

GünAzTV: İranın vitse-prezidenti İshaq Cahangiri mayın 16-da seçki kampaniyası ilə bağlı Şirazda keçirilən bir toplantıda tərəfdarları qarşısında çıxış edərək prezidentliyə namizədliyini Həsən Ruhaninin xeyrinə geri götürdüyünü açıqlayıb.

 

Cahangiri bildirib ki, o, bir sıra tanınmış islahatçıların məsləhəti və xeyir-duası ilə ölkənin ağır durumunu vətəndaşlara izah etmək, mövcud problemlərdən danışmaq və Ruhaniyə dəstək vermək məqsədilə İran prezidentliyinə namizədəliyini irəli sürmüşdü: “Mən islahat və islahatçıların səsi olmaq üçün İran prezidentliyinə namizədliyimi irəli sürmüşdüm. İslahat səsi, ölkənin durumunun yaxşılaşdırılmasını istəyir. Bu səs, mötədillik səsidir.

 

Mən üzərimə düşən borcu artıq yerinə yetirmişəm və indidən sonra hamını və tərəfdarlarımı Həsən Ruhaniyə səs verməyə çağırıram. Hamıdan istəyirəm ki, şəhərlərə və kəndlrə gedib əhali ilə danışıb mövcud həssas vəziyyəti onlara izah etsinlər. Mən çiynimə düşən vəzifə və öhdəliyi  yerinə yetirdim və cümə günü hamımız birlikdə gedib Ruhaniyə səs verəcəyik”.

 

İranda 56 milyon 410 nəfər səsvermə hüququna malikdir. Prezident seçkilərinin 62 min səsvermə məntəqəsində keçirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, İranda növbəti prezident seçkiləri bu həftənin cümə günü (mayın 19-da) keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN