İshaq Cahangirinin ad günü ilə bağlı paylaşılan fotosu səs-küyə səbəb olub

İshaq Cahangirinin ad günü ilə bağlı paylaşılan fotosu səs-küyə səbəb olub

GünAz TV: İranın “Müqavimət İqtisadiyyatı Qərargahı”nın sədri tərəfindən İran prezidentinin 1-ci müavini İshaq Cahangiriyə ad günü keçirilməsi ilə bağlı yayılmış foto iranlıların narazılığına səbəb olub.

 

Fotoda Qərargahın sədrinin öz nəzarətində olan “Sənaye və İnkişaf” dərgisinsəin əməkdaşları ilə birlikdə yanvarın 21-i “Sədabad” sarayında 62 yaşı tamam olan İshaq Cahangiriyə ad günü keçirdiyi əks olunub.

 

Fotoda yalnız Cahangirinin ad günü tortunu kəsdiyi əks olunub. Məclisin dəbdəbəli keçirilib- keçirilməməsi məlum olmasa da, bu foto “twitter” sosial şəbəkəsində iranlı istifadəçilər arasında kəskin narazılıqla qarşılanıb.

 

 

 

Əsas vəzifəsi ölkədəki iqtisadi problemləri həll etmək olan “Müqavimət İqtisadiyyatı Qərargahı”nın ölkənin hazırki ağır iqtisadi vəziyyətində xalqın problemləri ilə bağlı çalışmaq əvəzinə, 62 yaşlı vitse- prezidentə ad günü keçirməsini kəskin tənqid edən sosial şəbəkə istifadəçiləri İranın müxtəlif bölgələrində ağır sosial problemlər içərisində yaşayan şəkillərlə Cahangirinin tort kəsdiyi şəkli birləşdirərək, onları utanmağa və ölkəni hazırki durumdan çıxarmağa səsləyiblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN