İŞİD-in son qalası da əlindən alınır – İraqda

İŞİD-in son qalası da əlindən alınır – İraqda

GünAz TV: İraq silahlı qüvvələri İŞİD-in bu ölkədə son qalası sayılan Əl-Kaim rayonuna girib.

 

Bu yaşayış məntəqəsi Suriya ilə sərhəddə yerləşir.

 

Terror qruplaşmasına qarşı aparılan hərbi əməliyyatlara rəhbərlik edən general Abdulemir Yarullahın yazılı məlumatına görə, ordu, terrorla mübarizə qüvvələri və yerli tayfalardan olan döyüşçülər Əl-Kaimə üç istiqamətdən girməyə başlayıblar.

 

Eyni zamanda, İraq-Suriya arasındakı eyni adlı sərhəd-keçid məntəqəsinin də geri alındığı bildirilir.

 

Xatırladaq ki, Ənbar vilayətinə daxil olan Əl-Kaimin terrorçulardan azad edilməsi əməliyyatlarına oktyabrın 28-də başlanılıb. Xəzər-xəbər

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN