İsrail baş naziri Misir xalqına başsağlığı verib

İsrail baş naziri Misir xalqına başsağlığı verib

GünAz TV: İsrail baş naziri Benyamin Netanyahu 300-dən çox insanın həyatına son qoyan terror aktı ilə əlaqədar Misir hökuməti və  xalqına başsağlığı verib.

 

“Bütün İsrail vətəndaşları adından Misir hökuməti və xalqına ibadət zamanı qətlə yetirilən dinc sakinlərin ölümünə görə başsağlığı verirəm. Terrorçular din, insanlar və xalqlar arasında fərq qoymur. Bütün ölkələr terrorçuluqla mübarizədə birləşməlidir”, baş nazir qeyd edib.

 

Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb. Ölkədə üç günlük matəm elan edilib. APA

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN