İsrail: “İran sivil məkanlardan istifadə etməklə, müttəfiqinə silah daşıyır”

İsrail: “İran sivil məkanlardan istifadə etməklə, müttəfiqinə silah daşıyır”

GünAz TV: İsrailin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Dani Danon İranın öz müttəfiqi Hizbullaha sivil hava limanları kimi müxtəlif məkanlardan istifadə etməklə, silah-sursat göndərdiyini deyib.

 

Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı keçirilmiş toplantıda çıxış edən diplomat İranın Hizbullahın hərbi qüdrətinin artmasına yönəlmiş köməklərinin BMT-nin 1701 saylı qətnaməsini pozduğunu vurğulayıb. O, bu istiqamətdə İranın bir çox hərbi birləşmələrinin, eləcə də “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın sivil su yollarından, xüsusilə də Beyrut limanından istifadə etməyə başladıqlarını deyib. Dani Danon sözügedən limanın Livan hökumətinin nəzarətindən çıxdığını, artıq Hizbullahın şəxsi limanına çevrildiyini əlavə edib.

 

Səfirin sözlərinə görə, rəsmi Tehran mümkün olan hər bir yolla- quru, hava, dəniz yollarıyla Hizbullahı öz geostrateji maraqlarını həyata keçirtmək üçün silahlandırır.

 

Dani Danon həmçinin İsrailin 2018 və 2019-cu illərdə Livana Hizbullahın raket potensiyalını artırmaq üçün qaçaq yollarla gətirilmiş ikitəyinatlı materialların aşkar etdiyini deyib.

 

Qeyd etmək lazımdır ki, İran regionda fəaliyyət göstərən bir neçə terror təşkilatı və şiə yaraqlı qruplaşmasının qurucusu və himayədarıdır. Bundan əlavə, rəsmi Tehran öz geostrateji hədəflərini həyata keçirmək üçün Taliban kimi terror təşkilatlarına da hərbi və maddi yardım göstərir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN