İsrail İranın hərbi bazasını bombalayıb

İsrail İranın hərbi bazasını bombalayıb

GünAz TV: İsrail İranın hərbi bazasını bombalayıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

 

Məlumata görə, İsrail qırıcıları İranın Suriyanın Əl Kisva ərazisində yerləşən hərbi bazasını bombalayıb.

 

Suriyadakı hava müdafiə qüvvələri də cavab olaraq İsrail qırıcılarına atəş açıb.

 

Partlayışdan sonra bölgənin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

 

Hadisə ilə bağlı Suriya və İran tərəfdən hələ bir açıqlama verilməyib. İsrailli rəsmilər də məsələyə münasibət bildirmək istəməyiblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN