İsrail: “İslami Cihad Təşkilatının komandanlarına qarşı hücum İrana mesaj xarakteri daşıyırdı”

İsrail: “İslami Cihad Təşkilatının komandanlarına qarşı hücum İrana mesaj xarakteri daşıyırdı”

GünAz TV: İsrailin “İslami Cihad Təşkilatı”nın iki komandanına qarşı keçirdiyi hərbi əməliyyatdan sonra fələstinli yaraqlı qruplaşmalarla bu ölkə arasında başlayan gərginlik davam edir.

 

İsrail rəsmiləri və media orqanları bildirirlər ki, Təşkilatın İranla əlaqələri var və Qəzzada Bəha Əbülətaya, Dəməşqdə isə Əkrəm Əl-Əcuriyə qarşı baş tutmuş əməliyyatların məqsədi İrana mesaj göndərmək olub.

 

İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatdan sonra etdiyi açıqlamada bildirmişdi ki, ölkəsinə hücum edib, daha sonra qaça biləcəyini düşənən hər kəs böyük səhv edib.

 

İsrailli hərbi ekspertlərdən bir qismi isə son olayları İran- İsrail müharibəsinin davamı kimi dəyərləndirirlər.

 

Ölkə mediasında yayılan xəbərlərdə isə İsrail rəsmilərinə və hərbi dairələrinə istinadən qeyd edilir ki, “İslami Cihad Təşkilatı” İrandan aldığı illik 70 milyon dollar pul müqabilində Qəzzada bu ölkənin maraqlarını təmin etmək istiqamətində digər qruplardan daha çox fəallıq göstərir.

 

Xatırladaq ki, “İslami Cihad Təşkilatı”nın “Qüds Briqadaları”nın komandanı olan Bəha Əbüləta ötən gün İsrail Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsin həyat yoldaşı ilə birlikdə Qəzza zolağında yerləşən evində öldürülmüşdü. Raket zərbəsinin təsirindən onların iki uşağı və bəzi qonşuları da yaralanmışdı.

 

Eyni zamanda İsrailin sözügedən Təşkilatın siyasi qolunun məsullarından olan Əkrəm Əl-Əcuriyə qarşı Dəməşqin “Əl-Məzzə” küçəsində yerləşən evində keçirdiyi əməliyyat nəticəsində onun oğlu və digər bir nəfər öldürülüb. Əməliyyatda Əl-Əcuri də daxil olmaqla, 8 nəfər yaralanıb.

 

Əməliyyatlardan iki həftə öncə İsrail mediasında yayılan məlumatlarda bildirilirdi ki, Hizbullahın baş katibi Həsən Nəsrullah və “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymanidən ilə birlikdə Bəha Əbülətanın adı da bu ölkənin “sui-qəsd ediləcək şəxslər” siyahısının başında gəlir.

 

Əməliyyatlara cavab olaraq, Fələstinin yaraqlı qruplaşmaları ötən günün səhər saatlarından başlayaraq, Tel-Əviv də daxil olmaqla, İsrailin şəhərlərinə qarşı genişmiqyaslı raket hücumları həyata keçiriblər. Ötən bir gün ərzində İsrail tərəfə 200-dən çox raket atılıb və onlardan bəziləri müəyyən hədəflərə dəyib.

 

Bu səbəbdən İsrailin paytaxtında bütün məktəblər, alış-veriş mərkəzləri və bir çox müəssisələr bağlanıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN