İsrail: “Livan, İraq və İrandakı etirazlar sanksiyaların effektivliyindən xəbər verir”

İsrail: “Livan, İraq və İrandakı etirazlar sanksiyaların effektivliyindən xəbər verir”

GünAz TV: İsrailin Xarici İşlər naziri Yisrael Katz bildirib ki, Livan, İraq və İranda baş qaldıran etiraz aksiyaları Amerika Birləşmiş Ştatlarının rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyaların effektliyindən xəbər verir.

 

O, embarqoların mühüm və effektiv olduğuna görə, ABŞ-ın maksimum təzyiq siyasətinin davam etdirilməsini zəruri hesab edib.

 

“Biz İraq, Livan və İranda xalq etirazlarının başlanmasının şahidiyik. Bu, Amerikanın İrana qarşı təbiq etdiyi sanksiyaların effektivliyini açıq-aşkar sübut edir. Hazırda bir qrup ərəb ölkələri xalqları və İran xalqı rejimin repressiyasına qarşı ayağa qalxmaqdadır”, - deyə Yisrael Katz əlavə edib.

 

Diplomat çıxışı zamanı İranın nüvə fəaliyyətlərini yenidən kəskinləşdirdiyinə diqqət çəkib və qeyd edib ki, artıq dünyanın Amerikanın başçılığı ilə İranın nüvə təhdidinə qarşı hərbi addımlar atmasının zamanı çatıb.

 

Xatırladaq ki, İran öz nüvə öhdəliklərini azaltmaq istiqamətində bu günə qədər 4 addım atıb. Həmin addımlar çərçivəsində rəsmi Tehran uranın zənginləşdirilmə və depolanma həddi, mütərəqqi sentrifuqalardan istifadə və digər hallar üzrə qəbul etdiyi məhdudiyyətlərə artıq əməl etməyəcəyini bəyan edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN