İsrail naziri: "Əsədi öldürməyin vaxtıdır..."

İsrail naziri:

GünAz TV: «İsrailin Mütərəqqilik və Məskən naziri Yoav Qalant, Bəşər Əsədin öldürülməsinin lazım olduğunu söyləyib».

 

 

"BƏŞƏR ƏSƏDİN ÖLDÜRÜLMƏSİNİN ZAMANIDIR"

 

İsrail mətbuatında yer alan xəbərlərə görə, Qüdsdə keçirilən konfransınların birində danışan nazir Qalant, "Onun (Bəşər Əsədin) dünyada yeri yoxdur. Mən Əsədin öldürülməsinin zamanının gəldiyini düşünürəm. İş bu qədər sadədir" deyib.

 

 

"BƏŞƏR ƏSƏDİ HİTLERLƏ MÜQAYİSƏ EDİB"

 

Əsəd rejiminin Suriyadakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin etdiklərinə bənzədən nazir fikirlərinə əlavə edərək deyib ki, "Suriyadakı vəziyyət insanları öldürmək, onlara qarşı kimyəvi silah istifadə etmək və son olaraq da 70 ildir görmədiyimiz, insanların cəsədlərini yandırmaqdan ibarətdir".

 

 

 "İLANIN BAŞI TEHRANDIR"

 

Qalant, bundan başqa Əsəd rejimin Suriyada yüz minlərlə insanı öldürərək qırğın törətdiyini ifadə edərək, "Əsədin öldürülməsi ilanın quyruğunun kəsilməsi mənasındadır. Növbə ilanın əsl başı olan Tehrana gəlməlidir", - deyib.

 

"DÜNƏN İSƏ ƏSƏDİN İNSANLARI YANDIRDIĞI AÇIQLANMIŞDI"

 

Amerika xarici işlər nazirinin köməkçilərindən Stuart Cons, dünən təşkil etdiyi mətbuat konfransında, Esad rejiminin Suriyada Sayednaya həbsxanasında minlərlə insanı öldürərək cəsədlərini yandırdığını açıqlamışdı.

 

Cons, paytaxt Şamdan təxminən 45 dəqiqə uzaqlıqda olan həbsxanada gündə ortalama 50 adamın öldürüldüyünə inandıqlarını qeyd etmişdi.

 

Əsəd rejiminin İdlibin Xan Şeyxun diyarına aprelin 4-də təşkil etdiyi kimyəvi hücumda isə çoxu uşaq olmaqla 100-dən çox vətəndaşın öldüyü, 500 nəfərin isə qazdan təsirləndiyi bildirilmişdi.

 

 

R.X

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN