İsrail ordusunun komandanı: “İranın təmsilçi qüvvələri İsrailin şimal sərhədində böyük təhdidə çevriliblər”

İsrail ordusunun komandanı: “İranın təmsilçi qüvvələri İsrailin şimal sərhədində böyük təhdidə çevriliblər”

GünazTV: İsrail ordusunun komandanı Aviv Koxavi oktyabrın 25-də jurnalistlərə açıqlamasında İrana bağlı təmsilçi qüvvələrin ölkəsinə qarşı təhdidindən və regionda vəziyyətin gərginləşməsindən danışıb.

 

Öz açıqlamasında İsrail ordusunun gələcək planlarını şərh edən Koxavi deyib ki, İran və ona bağlı regional qüvvələr İsrailə qarşı strateji bir təhdidə çevriliblər: “İranın təmsilçi qüvvələri İsrailin şimal sərhədində böyük təhdidə çevriliblər. Son dərəcə zəif olan Suriya və Livan hökumətləri isə açıq-aşkar İrana imkan yaradıblar ki, bu ölkələrin ərazilərindən istifadə edərək İsrail sərhədinə yaxnlaşa bilsin. Təəssüflər olsun ki, İranın regional qolu olan “Hizbullah” qruplaşması da Livanı girov götürərək, bu ölkədə təhlükəsizlik məsələləri ilə bağlı siyasəti birbaşa özü təyin edir.

 

Hesab edirik ki, İsrailin Fələstin və Livanla sərhəd bölgələrində vəziyyətin kövrək olması və burada yaşanan gərgin vəziyyət müharibəyə gətirib çıxara bilər. Bu gün, regionda nigaranlığa səbəb olan dəyişikliklər baş verməkdədir və İsrail ordusu İranın mümkün raket və PUA-lar hücumu qarşısında özünü qorumaq üçün hazırlıq səviyyəsini qaldırıb” –deyə, İsrail ordusunun komandanı Aviv Koxavi bəyan edib.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN