İsrail qırıcıları Suriyada Bəşər Əsəd rejiminin və İranın hərbi mövqelərini yenidən bombardman edib

İsrail qırıcıları Suriyada Bəşər Əsəd rejiminin və İranın hərbi mövqelərini yenidən bombardman edib

GünazTV: İsrail qırıcıları dekabrın 22-si axşam saatlarında Suriyada Bəşər Əsəd rejiminin və İranın hərbi mövqelərini raket atəşinə tutub. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

 

Dəməşq sakinləri xarici agentliklərə açıqlamalarında paytaxtın ətrafında dəhşətli partlayış səsləri eşitdiklərindən danışıblar. Bildirilir ki, Suriyanın hava hücumundan müdafiə qüvvələri İsrail qırıcılarının atdığı raketlərdən birini paytaxtın yaxınlığındakı Əqrəbə məntəqəsində vura biliblər.

 

Mərkəzi qərargahı Böyük Britaniyada olan Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı isə məsələ ilə bağlı yaydığı bildirib ki, İsrail qırıcılarının raket hücumlarında əsasən İranın Dəməşq yaxınlığındakı hərbi mövqeləri və ona məxsus silah anbarları hədəfə alınaraq məhv edilib. Hücumlarda İran hərbçilərinin, o cümlədən də “Sepah” qüvvələrinin mümkün tələfatı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Bundan əvvəl İranın Suriyadakı hərbi varlığı barədə dəfələrlə xəbərdarlıq edən İsrail, son illər “Sepah”ın Dəməşq və onun ətrafındakı hərbi baza və mövqelərinə qarşı yüzlərlə hava hücumları həyata keçirdiyini bildirir. Qeyd olunur ki, hücumlarda İranın Livan “Hizbullah”ına çatdırmaq istədiyi külli miqdarda silah-sursat, eləcə də “Sepah”ın “Qüds” briqadasının hərbi bazaları və ona məxsus onlarla silah anbarı məhv edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN