İsrail qırıcıları Suriyanın Hələb şəhərində “Sepah”ın silah anbarlarını yerlə yeksan edib

İsrail qırıcıları Suriyanın Hələb şəhərində “Sepah”ın silah anbarlarını yerlə yeksan edib

GünazTV: İsrail qırıcıları martın 27-si axşam saatlarında Suriyanın Hələb şəhərinin hava limanı yaxınlığında yerləşən “Sepah” qüvvələrinə və onların silah anbarlarına qarşı hava zərbələri endirib. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

 

Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı bəyanat yayaraq, bildirib ki, İsrail qırıcılarının Hələb hava limanına yaxın Şeyx Nəccar məntəqəsində İranın hərbi qüvvələrinə qarşı həyata keçirdiyi hava zərbələri nəticəsində, böyük bir partlayış baş verib, “Sepah”ın silah-sursat anbarları yerlə yeksan edilib.

 

Hava zərbələri nəticəsində “Sepah”ın itkilərinin sayı haqda hər hansı bir məlumat yayılmasa da, Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı rəsmilərinin mediaya açıqlamalarında bildirilir ki, hava hücumları nəticəsində “Sepah”ın silah anbarlarını qoruyan ən azı 4 nəfər ölüb. Bəyanatda,  ölənlərin milliyyəti açıqlanmayıb.

 

Suriya ordusu isə hava hücumları ilə bağlı bəyanat yayaraq bildirib ki, İsrail qırıcıları Hələb ətrafındakı Şeyx Nəccar sənaye məntəqəsində yerləşən İran qüvvələrini hədəfə alıb. Bəyanatda qeyd edilir ki, Suriyanın hava hücumundan müdafiə sistemi İsrail qırıcılarının atdığı bir neçə raketi göydə vuraraq məhv edib.

 

Qeyd edək ki, son aylar İsrail qırıcıları Suriyanın müxtəlif bölgələrində “Sepah” qüvvələrinə və onların silah anbarlarına qarşı onlarla hava zərbəsi endirib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN