İsrail “Qüds Briqadası”nın bu ölkəyə qarşı hazırladığı PUA hücumunun yeni detallarını açıqlayıb- FOTO

İsrail “Qüds Briqadası”nın bu ölkəyə qarşı hazırladığı PUA hücumunun yeni detallarını açıqlayıb- FOTO

GünAz TV: İsrail ordusu “Sepah” terror təşkilatının bu ölkəyə qarşı hazırladığı pilotsuz aparatlarla hücum planının detalları barədə yeni məlumatlar yayınlayıb.

 

Məlumatlarda “Qüds Briqadası”nın planında terror hücumunu həyata keçirəcək şəxslər və onların rəhbəri- Qasım Süleymaniyə birbaşa tabe olan komandan Cavad Qaffarinin adları olan qrafikə yer verilib.

 

Qrafikdə bildirilir ki, İran-İraq müharibəsində komandanlıq təcrübəsi olan Qaffari “Qüds Briqadası”nın və Suriyada fəaliyyət göstərən İrana bağlı yaraqlıların komandanıdır.

 

 

İsrail ordusu bildirir ki, İranda PUA-lardan istifadə qaydası ilə bağlı təlimlər keçmiş Yasir Əhməd Sahir, Həsən Yusif Zabib və digər iki nəfər ötən həftə Suriyanın Arnə bölgəsində İsrailə qarşı bombalı pilotsuz uçan aparat uçurtmaq istəyərkən bu ölkənin hücumu nəticəsində həlak olublar.

 

Qeyd etmək lazımdır ki, İsrail Suriyada bir neçə hədəfə qarşı həyata keçirilmiş son hücumdan sonra yaydığı bəyanatda bildirmişdi ki, vurulan obyektlər “Sepah”ın “Qüds Briqadası” və ona bağlı şiə yaraqlılara məxsus olub. Bəyanata əsasən, onlar Suriya ərazisindən İsrailə silahlı PUA-lar göndərmək istəyərkən bu ölkənin hücumu nəticəsində öldürülüblər.

 

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə gün öncə “Twitter”də yazdığı statusda rəsmi Tel-Əvivin lazım olan hər bir yolla öz təhlükəsizliyini qoruyacağını bildirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN