İsrail Suriyada İran muzdurlarının mövqelərinə hava zərbələri endirib

İsrail Suriyada İran muzdurlarının mövqelərinə hava zərbələri endirib

GünAz TV: İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hüms əyalətində yerləşən T-4 hərbi aerodromuna raket zərbələri endirib.

 

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın yaydığı məlumata görə, hücum nəticəsində ölən və xəsarət alan olmayıb. Agentlik bu bazadan İran hərbçilərinin, eləcə də onlara bağlı şiə yaraqlıların istifadə etdiyini bildirir.

 

Suriyalı hərbçi rəsmilərdən biri SANA-ya verdiyi açıqlamada hava hücumundan müdafiə sistemlərinin bir neçə raketi məhv etdiyini iddia edib.

 

Qeyd etmək lazımdır ki, sözügedən hərbi baza tarixi Palmira şəhərinin şərqində, Tiyas kəndi yaxınlığında yerləşir.

 

Son iki il ərzində İsrail HHQ dəfələrlə İranın Suriya və İraqda yerləşən mövqelərinə hücum edib. Nəticədə onlarla "Sepahçı" və şiə yaraqlısı həlak olub. İran bu hücumlara reaksiya verə bilməyib. 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN