İsrail Suriyada “Sepah” və “Hizbullah” terrorçularına məxsus hərbi bazaları bombalayıb

İsrail Suriyada “Sepah” və “Hizbullah” terrorçularına məxsus hərbi bazaları bombalayıb

GünAz TV: İyunun 2-də Suriya xəbər agentlikləri İsrail Hərbi Haca Qüvvələrinin Dəməşq və ona yaxın Əl-Qüneytrə bölgəsinə hücum etdiyi barədə məlumat yayıb.

 

Agentliklər endirilən raket zərbələri nəticəsində azı 3 nəfərin öldüyü, 7 nəfərin yaralandığını bildiriblər. Lakin bu xəbərlərdə İsrailin hansı qüvvələrə qarşı əməliyyat keçirdiyi qeyd edilməyib.

 

Bununla belə, Suriya İnsan Haqları Təşkilatının rəhbəri Rami Əbdürrəhman İsrailin zərbə endirdiyi hədəflərin “Sepah” və “Hizbullah” terror təşkilatının Dəməşqin cənubunda yerləşən hərbi obyektləri olduğunu bildirib. O, ölən və yaralanların da qeyd edilən terror təşkilatlarının üzvləri olduğunu deyib.

 

Məlumatı İsrail tərəfi də təsdiqləyib. İsrail ordusunun məsələ ilə bağlı yaydığı məlumatda bildirilir ki, bu hücum Suriya tərəfindən Qolan təpələrinə atılan iki raketə cavab olaraq həyata keçirilib. Hücum nəticəsində isə bir neçə hərbi bazaya raket zərbələri endirilib.

 

Bundan əlavə, İsrail bu gün səhər saatlarında isə Suriyanın Hüms vilayətində yerləşən Tayfur hava limanına raket zərbələri endirib. Hücumun hədəfi burada yerləşən "Sepah" və "Hizbullah"a məxsus hərbi baza olub. Suriya yerli xəbər agentliklərinin məlumatına əsasən, nəticədə 4 "Sepah" və "Hizbullah" üzvü, 1 nəfər isə Suriya rejiminin ordusunun hərbçisi ölüb, çoxlu sayda yaralı var.

 

Xatırladaq ki, İsrail son illər ərzində dəfələrlə İranın Suriyada olan yaraqlılarını, “Sepah” və “Hizbullah” terrorçularını, eləcə də onlara məxsus hərbi bazaları bombalayıb. Nəticədə İran tərəfindən döyüşən yüzlərlə terrorçu ölüb. Rəsmi Tehran isə bu hücumların qarşısında yalnız bəyanatlar verməklə kifayətlənib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN