İsrail və Səudiyyə Ərəbistanı Suriyada “Sepah”a bağlı qüvvələri bombalayıb

İsrail və Səudiyyə Ərəbistanı Suriyada “Sepah”a bağlı qüvvələri bombalayıb

GünAz TV: İsrail mediası bu ölkənin və Səudiyyə Ərəbistanının birlikdə Suriyada “Sepah” terror təşkilatına bağlı terroristləri bombaladığı barədə məlumat yayıb.

 

Ərəb media orqanlarında da yayılmış xəbərlərdə qeyd edilir ki, S.Ərəbistanı və İsrail Hərbi Hava Qüvvələri İraq- Suriya sərhəddində yerləşən Əl-Bukamal bölgəsində bir neçə nöqtəyə zərbələr endiriblər. Nəticədə “Sepah”a bağlı terrorçulara məxsus bir neçə silah anbarı dağıdılıb. Hücum nəticəsində təqribən 15  terroristin öldüyü bildirilir.

 

“Independent Arabiyya”nın yaydığı məlumatda isə ölənlərin hamısının “Sepahçı” olduğu qeyd edilir. Agentliyin adını açıqlamadığı hərbi mənbəyə istinadən verdiyi xəbərə görə, İran bu bölgədən yenidən Səudiyyə Ərəbistanına sentyabrın 14-ü baş tutmuş hücuma oxşar təxribat hazırlayırmış. Lakin hava hücumu nəticəsində “Sepah”ın planı anında məhv edilib.

 

Hələlik Səudiyyə Ərəbistanı yayılan məlumatları rəsmən təsdiqləməyib.

 

Xatırladaq ki, İsrail HHQ son aylar ərzində dəfələrlə İraqla Suriyanın sərhəddində yerləşən "Sepah"a və ya İranın dəstəklədiyi şiə yaraqlılarına məxsus hərbi obyektlərə zərbələr endirib. Nəticədə onlarla terrorist ölüb və onlara məxsus silah anbarları dağıdılıb. 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN