İsraildən İrana cavab: Alyaskada mütərəqqi raket əleyhinə sistem uğurla sınaqdan keçirilib- FOTO

İsraildən İrana cavab: Alyaskada mütərəqqi raket əleyhinə sistem uğurla sınaqdan keçirilib- FOTO

GünAz TV: İsrail Amerika Birləşmiş Ştatları ilə birgə Alyaskada “Arrow 3” adlı mütərəqqi raket əleyhinə sistemi uğurla sınaqdan keçirdiyi barədə məlumat yayıb.

 

İsrail Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sistemin uğurlu sınağı İsrailin mövcud və gələcək təhdidlər qarşısında öz təhlükəsizliyini qorumaq istiqamətində böyük uğur hesab edilir.

 

 

Xüsusilə, İranın raket proqramının yaratdığı təhdidlərə qarşı hazırlanmış bu sistem atmosferdən kənarda olan hər bir hədəfi məhv etməyə qadirdir.

 

Bir müddət öncə İsrail və Amerikanın İranın kosmosa peyk göndərmək üçün həyata keçirdiyi raket sınağından dərin narahatlıq ifadə etdiyini nəzərə alsaq, bu sınağın rəsmi Tehrana qarşı sərt cavab olduğunu demək olar.

 

 

İran yanvarın 25-də kosmosa “Pəyam” adlı peyk göndərmək üçün sınaq keçirdiyini və onun 3-cü mərhələdə uğursuzluğa düçar olduğu barədə məlumat yaymışdı.

 

Bundan sonra İsrailin Birləşmiş Millətlər yanındakı səfiri bunun Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə ziddiyyət təşkil etdiyini demiş və üzv dövlətləri İranın raket proqramının yaratdığı təhdidlərə qarşı ciddi addımlar atmağa çağırmışdı.  

 

Digər tərəfdən, sistemin sınağı İsraillə İran arasında Suriyada “Sepah” terror təşkilatının mənzillənməsi uğrunda gedən mübarizə ilə eyni zamanda baş verir. Son aylar ərzində İsrail Hərbi Hava Qüvvələrinin Suriyada yerləşən İranın minlərlə hədəfinə qarşı keçirdiyi əməliyyatlar nəticəsində onlarla “Sepah” üzvü və ona bağlı şiə yaraqlı həlak olub. İran hərbi qüvvələri isə bu hücumlara oxşar cavab verə bilməyiblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN