İsrailin Suriyada həyata keçirdiyi raket hücumunda 6 İran hərbçisi öldürülüb

İsrailin Suriyada həyata keçirdiyi raket hücumunda 6 İran hərbçisi öldürülüb

GünazTV: İsrail ordusunun Suriyanın müxtəlif bölgələrində həyata keçirdiyi raket hücumlarında 6 İran hərbçisi və Bəşər Əsəd rejiminə bağlı 3 hərbçi öldürülüb. Bu barədə Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı iyulun 25-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, iyulun 24-dən 25-ə keçən gecə Suriyanın Dəra vilayətinin “Təl əl Harət” məntəqəsində, eləcə də Qəntirə vilayətinin “Təl əl Əhmər” və Nəb əl Səxr” bölgələrində baş verən raket hücumlarında ən azı 9 nəfər həlak olub. Hücumlarda öldürülənlərdən 6-sı İran hökumətinə bağlı hərbçilərdir. Onların “Sepah”çı olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Raket hücumlarında əsasən İranın Suriyadakı hərbçilərinin mövqeləri hədəfə alınıb, onlara məxsus silah anbarları məhv edilib.

 

Qeyd edək ki, son aylar İsrail qırıcıları Suriyanın müxtəlif bölgələrində “Sepah” qüvvələrinə və onların silah anbarlarına qarşı yüzlərlə hava zərbəsi endirib. Hücumlar nəticəsində onlarla “Sepah”çı məhv edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN