İsrailin Suriyada İranın silah anbarlarına qarşı raket hücumunda 4 “Sepah”çı və 3 suriyalı əsgər həlak olub

İsrailin Suriyada İranın silah anbarlarına qarşı raket hücumunda 4 “Sepah”çı və 3 suriyalı əsgər həlak olub

GünazTV: İsrail ordusunun fevralın 13-də İranın Dəməşq ətrafındakı silah anbarlarına endirdiyi raket zərbələri nəticəsində ən azı  4 “Sepah”çı və 3 suriyalı əsgər həlak olub.

 

Bu barədə, Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatının bir rəsmisi bu ölkənin “Sana” xəbər agentliyinə məlumat verib.

 

O deyib ki, İsrail ordusunun Colan yüksəkliklərindən atdığı raketlər, İranın Dəməşq hava limanı yaxınlığındakı silah anbarlarını və ona bağlı yarı-hərbi qüvvələrin qərargahlarını hədəf alıb.

 

Məlumata əsasən, hava zərbələri nəticəsində ümumilikdə 7 nəfər həlak olub. Ölənlərdən 4-ü “Sepah”çı, 3-ü isə Suriya ordusunun əsgərləridir.

 

Xatırladaq ki, fevralın 13-ü axşam saatlarında İsrail ordusu İranın Dəməşq hava limanı yaxınlığındakı silah anbarlarını raket atəşinə tutub.

 

Bildirilir ki, raket hücumları, İranın Suriyaya göndərdiyi külli miqdarda silah-sursatın Dəməşqin hava limanına çatdırılmasından bir neçə saat sonra gerçəkləşdirilib.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN